Azərbaycanİran

Təbrizdə adı türk mənşəli olduğu üçün Volkan adlı uşağa kimlik vəsiqəsi verilmir

Təbrizin Qeydiyyat İdarəsi neçənci dəfə olaraq Volkan Azərmi Rad adlı uşağa 5 aydır adının türkcə olduğuna görə kimlik sənədi verməkdən imtina edib.

Volkanın yaxınlarının verdiyi məlumata görə, Qeydiyyat İdarəsi Volkan adının xarici ad olduğunu deyir.

Qeyd edək ki, bu, İranda ilk hal deyil. Dəfələrlə valideynlər övladlarına türk mənşəli ad qoyduqları üçün kimlik vəsiqəsi ala bilmədiklərini bildiriblər.

İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.

Related Articles

Bir cavab yazın

Back to top button