Azərbaycanİran

Təbrizli etirazçı Azərbaycan Respublikasından sığınacaq istəyib

Azərbaycan ərazisinə daxil olan təbrizli etirazçı Puya Purhimməti ölkədən siyasi sığınacaq istəyib.

Purhimməti oktyabrın 12-də Ərdəbil əyalətinin Beyləsəvar sərhəd bölgəsində ağ bayraq qaldıraraq, Azərbaycan Respublikasının Sərhəd xidməti qüvvələrinə təslim olub.

Məlumata görə, o, bu il oktyabrın 9-da zaminə buraxılıb, lakin bundan sonra İranın təhlükəsizlik qüvvələri onu yenidən həbs etmək üçün axtarışa veriblər.

Etirazlara görə ötən il sentyabrın 20-də Təbrizin təhlükəsizlik orqanlarının həbs etdiyi Purhimmətiyə 3 ay sonra bu şəhərin İnqilab məhkəməsinin birinci şöbəsi tərəfindən “daxili və ya xarici təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və qabaqcadan əlbir olmaq” ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrumiyyət cəzası kəsilib.

Habelə, iki il ərzində onun ölkədən çıxışına qadağa qoyulub.

Related Articles

Bir cavab yazın

Back to top button