AzərbaycanDünya

Təbrizli Mehdi Əmini Ukrayna əsgərləri üçün ayaqqabı istehsalına başlayıb

Əslən Güney Azərbaycanın başkəndi Təbrizdən olan və 20 ildir Ukraynada yaşayan iş adamı Mehdi Əmini Ukrayna ordusunun ön cəbhədə döyüşən əsgərləri üçün NATO standartlarına uyğun ayaqqabılar istehsal etməyə başlayıb.

Əmini bundan öncə Ukrayna ordusunda xidmət üçün müraciət edib, lakin yetərli sayda əsgər olduğu üçün onu orduya götürməyiblər.

Sahibkar bundan sonra keyfiyyətli hərbi ayaqqabılar istehsal etməklə Ukrayna ordusuna dəstək vermək qərarına gəlib.

Qeyd edək ki, Təbriz Universitetinin fizika fakültəsini bitirmiş Mehdi Əmini 20 il bundan öncə təhsilini davam etdirmək üçün Ukraynaya yollanıb.

Orada öyrənci yoldaşı Viktoriya ilə tanış olduqdan sonra ailə quraraq Ukraynada yaşamağı qərara alıb.

Related Articles

Bir cavab yazın

Back to top button