AzərbaycanMəqalələr

Təbrizli memarların Azərbaycanda fəaliyyətləri – Ordubad Qeysəriyyə binası

Azərbaycanın bütün əsas şəhərlərində iri ticarət mərkəzləri – Örtülü bazar kopmleksləri olmuşdur.

Bu komplekslərin ən möhtəşəm tikilisi hakimlərə məxsus olan və içərisində daha çox daş-qaş satılan Qeysəriyyə adlı binalar idi.

Onlardan ən məşhuru Uzun Həsənin Təbrizdə tikdirdiyi Qeysəriyyə olmuşdur. Bu tip ticarət binasının yeganə nümunəsi Ordubad şəhərində qalmışdır.

I Şah Abbasın 1592-1610-cu illərdə vəziri olmuş Ordubadlı Hatəm bəy doğma şəhərində geniş tikinti işləri aparmışdır. O zaman böyük vəzirin Ordubadda ucaltdığı iri binalardan biri Qeysəriyyə sayılır. Kvadrat biçimli, simmetrik planı olan Qeysəriyyə iri günbəzlə örtülü mərkəzi məkan və onu dörd yandan dövrələyən enli qalereyalardan ibarətdir. Binaların bütün fasadları eyni olub, beş sivri tağla işlənmişdir. Bu tağlardan mərkəzdəki iri və uca baştağ şəklində həll edilmişdir.

Bir müddət içərisində güləş yarışları aparıldığından Qeysəriyyə xalq arasında zorxana adı ilə də tanınmışdır. XIX əsrin ortalarında “Əncüməni-şüəra” ədəbi məclisinin yığıncaqları burada keçirilmişdir. Qeysəriyyədə 1990-cı ildən Ordubad Tarix-Diyarşünaslıq muzeyi yerləşir.

Hazırladığımız tarixi məqalələrin “Təbrizli memarların Azərbaycanda fəaliyyətləri” fəslinə aid digər paylaşımları ilə bu linklərə keçid edərək tanış ola bilərsiniz:

Related Articles

Bir cavab yazın

Back to top button