İran

Taliban rejiminin diplomatı Əfqanıstanın İrandakı səfirliyində faəliyyətə başlamaq üçün Tehrana gəlib

Taliban rejiminin diplomatlarından biri Əfqanıstanın Tehrandakı səfirliyində 3-cü katib olaraq fəaliyyətə başalamaq üçün İrana gəlib. Bu barədə "İSNA" xəbər ajansı məlumat yayıb

Bəzi mənbələrə görə, Talibanın 1 yox, 3 diplomatı İranın xarici işlər naziri tərəfindən qəbul edilib. Bəzi mənbələrin iddiasına görə isə, hazırda yalnız bir diplomat Tehrana gəlib, 2 diplomatın isə daha sonra səfər edəcəyi gözlənilir.

Bəzi media qurumlarının Talibanın 3 diplomatının Tehrana gəlişi ilə bağlı yaydığı məlumatlar ziddiyyətlidir. Belə ki, sözügedən diplomatların Əfqanıstanın 1-ci, 2-ci və 3-cü katibləri olaraq Tehrana gəldiyi bildirilsə də, bir sıra mənbərə görə, həmin üç diplomat Əfqanıstan Məşhəd, Zahidan və Tehrandakı konsulluqlarında fəaliyyət göstərmək üçün gəliblər.

Xatırladaq ki, İran Pakistan, Qətər, Türkmənistan və Rusiyadan sonra Taliban diplomatlarını Əfqanıstan səfirliklərində və konsulluqlarında işləməyə qəbul edən beşinci ölkədir.

 

Related Articles

Bir cavab yazın

Back to top button