İran

Tanınmış Qupu Baba Əli Gölməçəsi tam qurumaq üzrədir

Batı Azərbaycan Soyuq Bulaq Vilayəti Yaşam Çevrəsini Qoruma idarəsinin rəisi deyib: “bu vilayətdə yerləşən tanınmış Qupu Baba Əli Gölməçəsinin böyük bir hissəsi yağıntıların azaldığına görə tam qurumaq üzrədir.”
Faruq Soxənvər habelə deyib: “cari əkin ilində Qış yağıntılarından sonra gölməçənin 500 hektarlıq ərazisinin yarısı Yazın əvvəllərində dirçəlmişdir, amma bu ilin Yayında buxarlanma və suyun olmadığına görə onun böyük bir qisməti tamamilə quruyub. Bu gölməçə Ramsər Konvansionunda səbt olunub. Habelə BMT-nin UNESCO təşkilatı fəxri Diplomu verib. Burada yaşıl və xına baş ördək, qırmızı anqut, çeşidli çöl qazları və ala ördək yaşayır. Burada Qopu Baba Əli, Kani Bərazan, Həsən Xan, Gərus, Daşxana və Qara Qışlaq gölməçələrinin olması ilə bu Vilayət Batı Azərbaycanın quşların başlıca yaşam yerlərindən birinə çevirilib. Ötən ilin Bəhmən ayında aparılan amara görə hardasa 20 min quş Vilayətin gölməçələrində görünüb, amma bəlli olub ki, sayları ötən ilə görə yüzdə 17 azalıb.”.

Batı Azərbaycan Soyuq Bulaq Vilayətinin Qupu Baba Əli Gölməçəsi bu şəhərdən 30 kilometr aralıqda, Soyuq Bulaqdan Qoşaçaya gedən yolda yerləşir.10:16

Related Articles

Bir cavab yazın

Back to top button