İran

Məhəmməd Cavad Zərifdən Trampın xəbərdarlığına münasibət

İran Xarici İşlər Vəzirliyinin sözçüsü Səid Xətibzadə Donald Tramp və Amerika Mərkəzi Fərmandehlik Qərargahı “Centcom”un İranın Amerika səfirliyinə hücumdakı rolu ilə bağlı açıqlamalarını “təkrar, əsassız və uydurma ittihamlar” adlandırıb. Səid Xətibzadə bildirib ki, bu olayı “gərginliyi artırmağa və yeni fitnələr yaratmağa çalışan Amerika, habelə bölgədəki tərəfdaşları və müttəfiqləri törədiblər”. Vəzirlik rəsmisinin sözlərinə görə, Donald Tramp “gərginlik yaratmaqdan və təhlükəli macəralardan çəkinməlidir”.
İran Xarici İşlər vəziri Məhəmməd Cavad Zərif də məsələyə münasibət bildirib. O, tviter hesabında hakimiyyətin bu addımını vətəndaşların fikrini yayındırmaq kimi qiymətləndirib.
Qeyd edək ki, Donald Tramp Amerikanın İraqdakı səfirliyinə hücumda İranı günahlandırıb və ölkə rəsmilərinə olayla ilgili sərt bildiriş edərək, belə bir həmlənin bağışlanılmaz olacağını diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button