AzərbaycanİranMəqalələr

Tarix: Təbrizdəki türbə və məqbərələr – Göy günbəd türbəsi

Marağa şəhərindəki Dairəvi türbənin yaxınlığında yerləşən Göy günbəd Azərbaycanın səkkizbucaqlı planı olan qülləvari türbə ənənəsinin nadir nümunələrindədir.

Türbəni ХII əsrin sonlarında memar Əhməd Məhəmməd ucaltmışdır.

Göy günbəd türbəsinin memarlıq bəzəyində ikiplanlı relyefi olan kərpic naxışlara rast gəlinir. Onda daha qabarıq naxış quruluşu xüsusi profilli xırda kərpiclərdən yığılmışdır. Bu ümumi şəbəkənin altından keçən girişlər daha sıx quruluşlu olub, dayaz relyeflidir. Relyefli naxışların ümumi yerliyi isə batıq gəc səthlərdir. Marağalı memar özündən əvvəlki Azərbaycan memarlarının türbə bəzəyində işlətdiyi ənənəvi bir fənddən – türbənin hər üzünü, hətta künc dayaqlarını da fərqli naxış quruluşları ilə bəzəməkdən imtina etmişdir. Onun seçdiyi şəbəkəyəbənzər naxışın çubuqları bütün üzləri və dayaq qülləciklərini bir-birinə sarımışdır. Göy günbədin də piramidal bayır günbəzi uçmuşdur.

El arasında Göy günbəd Hülakü xanın anasının türbəsi kimi tanınır. Ancaq üstündəki kitabə onun 1194-cü ildə Hülakü xanın Azərbaycanda Elxanilər dövlətini yaratdığı və Marağanı bu dövlətin paytaxtı elan etdiyi vaxtdan xeyli öncə tikildiyini bildirir. Qırmızı günbəddən fərqli olaraq, Göy günbədin bəzəyində kaşı daha bol işlədilmiş, onun bayır tutumuna, xüsusilə üst hissəsinə göy kolorit vermişdir.

Related Articles

Bir cavab yazın

Back to top button