İran

TARİXİ ƏSƏRLƏRİN KÖÇÜRÜLMƏSİNƏ ŞURA ÜZVÜ TƏRƏFİNDƏN ETİRAZ OLUNDU

Təbriz şəhərinin şura üzvü Məhərrəm Məhəmmədzadə Məqbərətul-şuəradan kəşf olunan tarixi əşyaların məsullar tərəfindən gizlədilməsinə etiraz edib. O, əşyaların harada saxlanıldığı və bunun nə qədər doğru olub-olmadığını bildirməyi tələb edib.

Məhəmmədzadə eləcə də Məqbərətul-şuəranın yaxınlığında qurulan 10 mərtəbəli hoteldən də söz açıb. Onun sözlərinə görə, başqa şəhərlərdə tarixi binaların kənarında tikilən binalar təxrib edilir, Təbrizdə isə bunun əksi baş verir. Şərdari hotelin tikilməsinə Miras Fərhənginin mücəvviz verdiyini bildirib. Amma Miras Fərhənginin baş müdiri  bunu danır. Beləcə, tarixi binanın kənarında 10 mərtəbəli hotelin tikilməsinə hansı idarənin mücəvviz verdiyi məlum deyil.

Təbriz şəhərinin şura üzvü olan Fridun Babayi, “Miras Fərhəngi və Şəhrdari məsulları hətta hotel sahibının adını açıqlamaqdan çəkinirlər. Şübhəsiz ki, hotelin sahibi olan şəxs və ya qurum dövlət himayəti olmadan Təbriz və Azərbaycanın məşhur tarixi əsərlərini aradan çıxara bilməzlər!” – deyib.

“Dəfələrlə eşitmişik ki, Təbriz bir neçə dəfə zəlzələ nəticəsində yerlə bir olub. Belə ki, hətta adi bir vətəndaşın qaz borusu üçün qazdığı yerdən tarixi əşya tapılır, necə ola bilər bu qədər tarixi əsərlərlə qəni olan şəhərin danişqahında bastanşinasi ixtisası olmasın”, – deyə əlavə edib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close