Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

Cozef Borel İranın atom öhdəliklərini pozmasına münasibət bildirib

Avropanın xarici siyasət başçısı Cozef Borel İranın atom anlaşmasından irəli gələn öhdəliklərini pozmasına münasibət bildirib. Diplomat İranın öhdəliklərini pozmasından narahatlığını ifadə edib. O, məsələ ilə bağlı Brükseldə Amerikanın Xarici İşlər vəziri Antoni Blinkenlə keçirdiyi mətbuat konfransında çıxış edib. “Mövcud çətinliklərə baxmayaraq, “BƏRCAM” çoxtərəfli diplomasinin əsas uğuru olaraq qalır. Düşünürəm ki, bu razılaşma diplomasinin şah əsəridir və İranın öz öhdəliklərindən uzaqlaşması narahatlığa səbəb olur. Biz Atom Enerjisi üzrə Beynəlmiləl Ajansın fəaliyyətini tam dəstəkləyirik”, – deyə Cozef Borel vurğulayıb.
Mətbuat konfransında Amerika və Avropanın ortaq hədəfləri ətrafında fikir mübadiləsi aparılıb. Bundan başqa, İranın atom silahı əldə etməsinin qarşısının alınması, iqlim dəyişikliyi probleminin həlli yönündə məsələlərdən danışılıb.

Related Articles

Bir cavab yazın

Back to top button