Tədqiqatçıların dediyinə görə, ən azı 2400 il öncə Təbriz darvaza, hasar və qalalar vasitəsilə mühafizə edilirdi. Xarici qonaqlar, ətraf bölgələrdə yaşayanlar və tacirlər 8 darvazadan keçərək Təbrizə daxil olurdular. Əfsuslar olsun ki, onlardan hazırda yalnız biri günümüzdə mövcuddur.
Təbriz şəhərinin giriş qapıları aşağıdakılardı:
İstanbul qapısı: şəhərin Avropaya açılan qapısı olduğu üçün ticarət qapısı kimi də istifadə edilmişdir;
Dəvəçi qapısı: hal-hazırda bu qapıya aid heç bir iz qalmamışdır;
Sürxab qapısı: hal-hazırda bu qapıya aid heç bir iz qalmamışdır;
Bağmeşə qapısı: sadəcə bir hissəsi mövcuddur;
Xiyaban qapısı: Örtülü bazarın sonunda yerləşir və günümüzədək qorunub saxlanılıb;
Nobar qapısı: hal-hazırda bu qapıya aid heç bir iz qalmamışdır;
Miyar-miyar qapısı: hal-hazırda bu qapıya aid heç bir iz qalmamışdır;
Gǝcil qapısı: bu qapının az bir hissəsi günümüzə qədər gəlib çatmışdır;
Vərci qapısı: az bir hissəsi günümüzə qədər gəlib çatmışdır.