Azərbaycanİran

Tarixi məqalə: Təbrizdəki muzeylər – Azərbaycan muzeyi

1988-ci ildə qurulan Azərbaycan muzeyi üç böyük salon, bağça, ofislər və kitabxanadan ibarətdir. Milli muzeylər içərisində ən zəngin kolleksiyaya sahib olan muzey əksəriyyəti Azərbaycandakı qazıntılarda tapılmış tarixi eksponatlardan ibarətdir.

Kitabxana hissəsində tarix, arxeologiya, sənət, region və İran mədəniyyəti haqqında yazılmış bəziləri əlyazma olan 2500-dən çox kitab vardır.

Təxminən 3000 kv.m sahəsi olan bu tikili Təbrizin böyük muzeylərindən biri sayılır. Muzey eksponatları arasında olan tarixi sikkələrin ən qiymətlisi Makedoniyalı İskəndərin komandirlərindən biri olan Selevkidə aiddir.

Muzeyin alt mərtəbəsində isə heykəltaraş Əhəd Hüseyninin əsərləri nümayiş olunur. Muzeydə sərgilənən ən qiymətli əsərlərdən biri də “Bismillah daşı”dır.

#Tarix

Related Articles

Bir cavab yazın

Back to top button