AzərbaycanDünya

Tatarların “Tərcüman” televiziyası fəaliyyətə başlayıb

Tatarların “Tərcüman” televiziyası fəaliyyətə başlayıb. “Tərcüman” televiziyası Krım türkləri, Rusiya daxilində yaşayan türklər və Türküstan (Orta Asiya) məsələlərinə diqqət yetirəcək.

Bu televiziya Krım türkləri tərəfindən Mustafa Əbdülcəmil Kırımoğlunun rəhbərliyi ilə yaradılıb.

Qeyd edək ki, “Tərcüman” 19-cu əsrdə Krımın Bağçasaray şəhərində İsmayıl Qaspıralı tərəfindən nəşr olunan jurnalın adı idi. Türk-Turançılığın tarixi axını bu nəşrlə başlayıb, Krımdan Azərbaycan və Türküstana, daha sonra isə Osmanlı İmperiyasına yayılıb.

Türk-Turançılıq hərəkatının strateji şüarına çevrilən bu nəşrin məşhur “Dildə, Fikirdə, İşdə Birlik” şüarı var idi.

Related Articles

Bir cavab yazın

Back to top button