İran

Tehran həbsxanasında dəhşət: 32 yaşlı məhbus işgəncə ilə öldürüldü

İran həbsxanalarında məhbusların işgəncəyə mərzu qalması adi hala çevrilib. Tehran həbsxanasında Saman Dərvişi adlı 32 yaşlı məhbus işgəncə verilərək öldürülüb. Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Qeyd edək ki, bundan öncə Kirmanşah əyalətinin Hərsin bölgəsindən olan məhbus işgəncəyə məruz qalmış və komaya düşmüşdü.

Hadisənin mayın 8-də baş verməsinə baxmayaraq, İran məhkəməsi bu barədə mayın 11-də məlumat yayıb.

Məhkəmənin məlumatında Saman Dərvişinin ürək tutması səbəbindən öldüyü iddia edilib.

Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı 2022-ci ilin  aprel ayının 12-də İran zindanları ilə bağlı yayınladığı 108 səhifəlik hesabatda molla rejimini ifşa edib.

“İran hökuməti həbsxanaları bilərəkdən məhbuslar üçün ölüm otaqlarına çevirib”-hesabatda belə deyilir.

Təşkilatın hesabatında bildirilir ki, rəsmi olaraq adları bəlli olan həyatını itirmiş 96 məhkumun 22-i Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin zindanında qeydə alınıb.

Related Articles

Bir cavab yazın

Back to top button