İran

Tehran həbsxanasında məhbusların durumu necədir

Tehran zindanında Əlirza Fərşi ilə başqa siyasi məhbuslar döyülüb

Böyük Tehran zindanında saxlanılan türk dili fəalı Əlirza Fərşi ilə başqa məhbuslar mehr ayının 16-da ailələri ilə telefon təmasında onlara qarşı zorakılıqdan deyiblər.

Məhbuslar zindanın 5-ci bölməsində törədilən təxribatda ağır cinayətlər törətmiş məhbusların siyasi məhbusları döydüklərini, onlardan bir neçəsinin bədən xəsarətləri ilə zindanın sağlıq mərkəzinə yerləşdirildiyini söyləyiblər.

Əlirza Fərşi ilə başqa fəal və siyasi məhbuslar dəfələrlə məhbusların ittihamlarına görə ayrılmaları və yerləşdirmələrini istəyiblər.

İranda məhbusların ittihamlarına görə bölünməsi və yerləşdirilməsi qanunu icra edilmədiyi üçün ağır cinayət törətmiş müttəhimlərlə siyasi məhbuslar bir yerdə saxlanılır.

Qeyd olunur ki, İran hökuməti və zindan müdirləri bu yolla siyasi məhbuslara basqı göstərir, istənilən zaman onlara qarşı sui-qəsd törədir.

Related Articles

Bir cavab yazın

Back to top button