
Bu haqda türk dilində kitabların naşiri, yazıçı Səid Muğanlı açıqlama verib.
O, bildirib ki, Tehranda kitab sərgisində Dədə Qorqud kitabının satışına qadağa qoyulub.
Səid Muğanlı bildirib ki, sərgidə bu kitablara qadağa qoyulması xəbəri yayıldıqdan sonra həmin kitabların onlayn satışı möcüzəli şəkildə artıb.
Qeyd edək ki, türk ədəbiyyatının ən dəyərli epik və mifik əsərlərindən olan “Dədə Qorqud” kitabı kökləri türk xalqının qədim mədəniyyətinə və inanclarına söykənən oğuzların qəhrəmanlıq hekayələri toplusudur. Bu qədim əsərə 12-13 nəsr və mənzum hekayə daxildir və onun mərkəzi personajı Oğuz elinin müdrik qocası və nağılçısı olan “Dədə Qorqud”dur ki, o, hər hekayənin sonunda öz tövsiyə və duaları ilə çıxış edir.
Nüsxələri Almaniya, Vatikanda və Türkmənistanda mövcud olan bu kitab YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və türk xalqlarının dilinin, düşüncəsinin və miflərinin əbədi sənədi kimi tanınıb.