İran

Tehran, Məşhəd və Kərəcdə daha 3 bəhai təhsil hüququndan məhrum edilib

Məşhəd, Tehran və Kərəcdə yaşayan bəhailər universitetdə oxumalarına icazə verilməyib. Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Sınaq imtahanlarında yüksək bal toplayana Ayqan Behruzi, Gilan Ehsasiyan və Əbhəm Kərimi adlı gənclər universitetə buraxılmayıb.

Adları çəkilən üç gənclə birlikdə son həftələr universitetə girişlərinə qadağa qoyulan bəhai gənclərin sayı 73 nəfərə çatıb.

İran Təhsil Nazirliyi və əlaqədar qurumlar bəhai gənclərin təhsilinə qarşı qadağaları əsasən “sənədlərində qüsur”un olması ilə izah edirlər.

“Sənəddə qüsur” seçimi 2006-cı ildən bu bəhai vətəndaşların təhsillərini davam etdirmnin qarşısını almaq üçün hökumət tərəfindən istifadə edilən ümumi hiylədir.

Rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır və onlar bütün sahələrdə ayrı-seçkiliklə üzləşirlər.

Related Articles

Bir cavab yazın

Back to top button