İran

Tehran polisi: Paytaxtda ticarət məkanlarının qeyri-fars adlardan istifadə etməsi qadağandır

Tehranın ticarət məkanlarına nəzarət polisinin (əmakon) rəisi, sərhəng Nadir Muradi deyib ki, Tehranda ticarət məkanlarının adları mütləq fars dilində olmalıdır.

Tehran polisinin səlahiyyətlisi paytaxtda ticarət məkanlarına ad qoyarkən türk, kürd və lor kimi qeyri-fars dillərdən istifadə edilməsinin qadağan olduğunu bildirib.

Tehranın ticarət məkanlarına nəzarət polisinin (əmakon) rəisi, sərhəng Nadir Muradi deyib ki, Tehranda ticarət məkanlarının adları mütləq fars dilində olmalıdır.

“İş yerləri və ticarət məkanları üçün istifadə edilən adlara nəzarət edən səlahiyyətli orqan İranın Mədəniyyət və İrşad Baxanlığıdır. Baxanlığın polisə göndərdiyi təlimata əsasən, ticarət yerlərinin adı hökmən fars dilində olmalıdır”,- deyə Murası qeyd edib.

O artırıb: “Polisə göndərilən təlimata görə, iş yerləri yerli dillərə mənsub adlardan sadəcə o dillə bağlı olan əyalət və ya şəhərdə istifadə edə bilərlər. Misal üçün, türk adlarından sadəcə türklərin yaşadığı əyalətlərdə istifadə edilə bilər”.

Related Articles

Bir cavab yazın

Back to top button