Site icon Aznews TV

Tehran rejiminə qarşı yeni koalisiya yaradılır

Bu barədə İsrailin xarici işlər naziri Eli Kohen açıqlama verib.

Eli Kohen Rumıniya və Bolqarıstandan olan həmkarları ilə telefon danışığında onlardan SEPAH-ın Avropa Birliyinin terrorçular siyahısına daxil edilməsinə dəstək vermələrini istəyib.

İsrailin XİN başçısı Beynəlxalq Atom Enerjisi Agentliyinin Qəyyumlar Şurasının üzvü olan Bolqarıstandan İranın nüvə proqramı ilə bağlı İsrailin mövqeyini dəstəkləmək üçün daha ​​aktiv rol oynamasını istəyib.

Bunun qarşılığında İsrail Bolqarıstanla iqtisadi əlaqələrin, kənd təsərrüfatı sahəsində əməkdaşlığın, texnologiyanın genişləndirilməsinə və turist uçuşlarının sayının artırılmasına söz verib.

Exit mobile version