İran

Tehran rejiminə qarşı yeni koalisiya yaradılır

İsrail, Rumıniya və Bolqarıstanın Tehran rejiminə qarşı vahid cəbhə yaratmaq haqqında razılığa gəliblər.

Bu barədə İsrailin xarici işlər naziri Eli Kohen açıqlama verib.

Eli Kohen Rumıniya və Bolqarıstandan olan həmkarları ilə telefon danışığında onlardan SEPAH-ın Avropa Birliyinin terrorçular siyahısına daxil edilməsinə dəstək vermələrini istəyib.

İsrailin XİN başçısı Beynəlxalq Atom Enerjisi Agentliyinin Qəyyumlar Şurasının üzvü olan Bolqarıstandan İranın nüvə proqramı ilə bağlı İsrailin mövqeyini dəstəkləmək üçün daha ​​aktiv rol oynamasını istəyib.

Bunun qarşılığında İsrail Bolqarıstanla iqtisadi əlaqələrin, kənd təsərrüfatı sahəsində əməkdaşlığın, texnologiyanın genişləndirilməsinə və turist uçuşlarının sayının artırılmasına söz verib.

Related Articles

Bir cavab yazın

Back to top button