Azərbaycanİran

“Tehran Türkiyə və İsrailin Güney Azərbaycanı silahlı üsyana qaldıra biləcəyindən narahatdır”-“Əl-Ərəbiya”

Ər-Riyadda fəaliyyət göstərən "Rəsane" adlı İran üzrə beynəlxalq tədqiqat mərkəzi təhlil yazısında İranda yaşayan azərbaycanlıların vəziyyətini araşdırıb.

Nəşr müxtəlif amillərə, o cümlədən Tehranla Bakı arasında yaranmış gərginliyə, həmçinin regionda və dünyada baş verən proseslərin bu məsələyə nəticələrini nəzərdən keçirib.

Məlumata görə, sözügedən araşdırma institutunun tədqiqatçısı Nəvid Əhməd İranla ölkədə yaşayan azərbaycanlılar arasında əlaqələrdəki problemləri sadalayıb.

Nəvid Əhməd onların mərkəzi hökumətlə əlaqələrinin tarixçəsini araşdıraraq bu qənaətə gəlib ki, son on illiklərdə eniş-yoxuşlu əlaqələr İranın şimal-qərbində baş verən kütləvi etirazlarla nəticələnib.

Yazıda müəllif Qarabağ müharibəsinin Tehran-Bakı əlaqələrinə, habelə müharibənin İranda yaşayan türklərə təsirinə toxunub.

Araşdırmaya görə, rəsmi Tehran narahatdır ki, İran türkləri guya Türkiyə və İsrailin, habelə digər xarici amillərin yardımı ilə silahlı üsyana əl ata bilərlər.

Yazıda qeyd edilir ki, Bakı və Tel-Aviv arasında hərbi əlaqələr daim Tehranı narahat edib və İran rəsmiləri türkçülük məfkurəsi qarşısında “İranda şiə cəmiyyətinin birliyinin və bütövlüyünün sarsılmasından vahiməyə düşüb”.

Araşdırmanın müəllifi hesab edir ki, həm İran, həm də Ankara və Bakı birgə böyük “xəyal qurmağa” o qədər də həvəsli deyillər. Bu səbəbdən İran Azərbaycanla ikili münasibətdə inam yaratmağa və “Bakını razı salmaq strategiyasını” başa çatdırmaq üçün bu ölkə ilə ticarət əlaqələrini genişləndirməyə çalışır.

Müəllifin fikrincə, hər iki tərəfin müəyyən cəhdlərinə baxmayaraq, inamsızlıq mühiti hələ də Tehranla Bakının münasibətlərinə kölgə salır. Azərbaycan-İsrail münasibətləri, Azərbaycan-Türkiyə-İsrail üçlü müttəfiqliyi bu inamsızlığın yaranmasında ən mühüm amillərdəndir.

Navid Əhmədin fikrincə, Azərbaycanın Ermənistan üzərində qələbəsi İran türkləri arasında etnik əhval-ruhiyyənin çiçəklənməsinə səbəb olsa da, “rəhbərliyin olmaması və hərəkatların xaricdən dəstəklənməməsi” səbəbindən bu hisslər bir qədər sonra səngiyib. (Ovqat)

Related Articles

Bir cavab yazın

Back to top button