
Tehran Universitetinin rektoru Məhəmməd Muqimi noyabr ayında Tehran Universitetinin önündə hicabsız şəkildə görüntüləri yayılan qız öyrəncilərlə bağlı prokurorun ona zəng edərək həmin qızları həbs etmək istədiyini deyib.
“ANT” xəbərinə görə, məsələ ilə bağlı “Cəmaran” saytı məlumat verib ki, dekabrın 7-də Muqimi universitetdə çıxışı zamanı, habelə bildirib: “Məsələn, universitetin önündəki hicabsız öyrənciləri araşdırdım və sübüta yetirdim ki, onlar bizim tələbələr olmayıblar. Prokuror mənə zəng edərək dedi ki, fakültənin dekanı və həmin öyrəncilər tutulmalıdır. Ancaq mən dedim ki, biz özümüz araşdırma aparırıq”.
Muqimi həbsdə olan öyrəncilərin vəziyyətinin izlənilməsi ilə bağlı suala cavabında isə deyib ki, həmin öyrəncilərlə bağlı araşdırma aparırıq.
Xatırladaq ki, bir neçə gün öncə Tehran Universitetinin önündə bir qrup qız öyrəncinin məcburi hicaba etiraz olaraq baş örtüsüz şəkildə şəkil çəkdirməsi ictimai şəbəkələrdə bəzi istifadəçilər arasında böyük reaksiyalara səbəb olub.