İran

İran xarici işlər naziri Omana nə üçün səfər edib?

"Aznews tv"xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti yanvarın 10-da israilli təhlilçinin məsələ ilə bağlı fikirlərini özündə əks etdirən xəbər hazırlayıb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ötən gün Omanın paytaxtı Məsqət şəhərinə rəsmi səfəri çərçivəsində bu ölkənin rəsmi səxsləri, habelə husilərin rəsmisi ilə görüş keçirib.

Bəs İran xarici işlər naziri Omana nə üçün səfər edib?

“Aznews tv”xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti yanvarın 10-da israilli təhlilçinin məsələ ilə bağlı fikirlərini özündə əks etdirən xəbər hazırlayıb.

Abdullahian Məsqətə səfəri çərçivəsində Yəməndəki Husi hökumətinin baş müzakirəçisi Məhəmməd Əbdülsəlam ilə görüşüb.

Bu görüş husi hökumətinin İran hakimiyyəti tərəfindən rəsmən tanındığını göstərir və İran mediası da husi hökumətini “Yəmənin milli nicat hökuməti” adlandırır.

Əmir Abdullahian eyni zamanda Oman sultanının müavini Fəhd bin Mahmud əl-Səid və bu ölkənin xarici işlər naziri Bədr bin Həmd Əbu əl-Səidi ilə görüş keçirib.

Related Articles

Bir cavab yazın

Back to top button