Tehranın Qədir şosesində naməlum şəxs və ya şəxslər hərəkətdə olan maşınlara daş parçaları atıblar.
“Aznews tv”xəbər verir ki, bu barədə Tehran polisi məlumat yayıb.
Hadisə nəticəsində azı 5 avtomobilə ciddi ziyan dəydiyi bildirilir.
Qeyd edək ki, bundan qabaq da dəfələrlə Tehranda oxşar hadisələr baş verib.
Bir müddət əvvəl Tehran polisi avtomobillərə daş və beton parçaları ataraq iki nəfərin ölümünə, 6 nəfərin yaralanmasına və 8 maşına ciddi ziyan dəyməsinə səbəb olan şəxsin həbs edildiyi barədə məlumat yaymışdı. Bu şəxslərin sözügedən cinayətləri niyə törətdiyi məlum deyil.