İran

Tehranda həbs olunanlardan 315 nəfərin ittiham aktı açıqlanıb

Onlardan dördü barədə edam cəzası ilə nəticələnə biləcək "yer üzündə fsad yaymaq" ittihamı irəli sürülüb.

Tehranın Ümumi və İnqilab Məhkəməsinin prokuroru Əli Salehi Ali Məhkəmə Şurasının iclasında Tehranda həbs edilənlərdən 315 nəfəri barədə ittiham aktının açıqlandığını deyib.

O, bu şəxslər barəsində “ölkənin milli təhlükəsizliyinə qarşı toplaşmaq”, “hökumətə qarşı təbliğat fəaliyyətləri” və “ümumi asayişə xələl gətirmək” ittihamlarının irəli sürüldüyünü söyləyib.

Salehi iğtişaşçı adlandırdığı 4 nəfərin silahdan istifadə etdiyini iddia edib və onlara qarşı “yer üzündə fəsad yaymaq” ittihamının irəli sürüldüyünü bildirib.

Qeyd edək ki, İran qanununa görə, bu ittihamla təqsirləndirilən şəxslər edam cəzasına məhkum edilirlər.

Related Articles

Bir cavab yazın

Back to top button