Məlumatda bildirilir ki, Tehran yaxınlığında yerləşən Pərdis şəhərində bir nəfər xaricdə yerləşən əks-inqilabçı qüvvələrə və Türkiyə mediasına foto və məlumatlar göndərdiyinə görə həbs edilib.
SEPAH-a bağlı “Təsnim” xəbər agentliyinin verdiyi xəbərdə həbsin noyabrın 23-də İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat bölməsi əməkdaşları tərəfindən həyata keçirildiyini yazıb.
Xəbərdə saxlanılan şəxsin kimliyi və onun hara aparıldığı barədə əlavə məlumat verilməyib.