İran

Tehranda türklərin mədəniyyət və incəsənət festivalı keçiriləcək

Tehranda Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan əyalətlərinin iştirakı ilə İranda yaşayan türklərin mədəniyyət və incəsənət festivalı keçiriləcək.

Təbriz bələdiyyəsinin başçısı Yəqub Huşyar bildirib:

“Festivalın keçirilməsində əsas məqsəd yerli və xarici investorların diqqətini maksimum dərəcədə cəlb etməkdir.

Bu festivalda Ərdəbil, Urmiya, Zəncan və Təbriz şəhərlərinin hər birinə bir gün ayrılması sərmayələrin cəlb edilməsinə və ictimai iştirakçılığın artmasına əhəmiyyətli təsir göstərəcək”.

Qeyd edək ki, bir neçə gün əvvəl Şərqi Azərbaycan əyalətinin İrşad və Mədəniyyət Təşkilatı İranda türk dilində kitabların nəşri ilə bağlı bildirib ki, yalnız Təbrizin danışıq şivəsində yazılan kitabların nəşrinə icazə veriləcək

Related Articles

Bir cavab yazın

Back to top button