İran

Tehranda üç küçəyə ermənilərin adı verildi

Tehran şəhrdarisi və Şəhər Şurası paytaxtın Narmək bölgəsindıə üç xiyavanın adını dəyişdirib.
Küçələrə üç erməninin: Vartan Aqaxaniyan, Alfred Gəbri və Pablak Avdiyanın adı verilib.
Tehranın erməni icmasının başçısı İran məsullarının bu qərarını təqdir edib. O, bildirib ki, adı küçələrə verilən ermənilər İran-İraq savaşında canlarını itiriblər.
Bildirək ki, son aylar İran hökumətinin erməni sevgisi artıb. İkinci Qarabağ savaşından sonra İran hökuməti Tehran və İsfahan şəhərlərində bir neçə küçənin adını dəyişərək, onlara erməni adı verilib.
Şəhid Zarei xiyavanı “Haraç Turusyan”, Şəhid Mədəni “Herand Avanesyan”, Şəhid Məhdəvi “Zorik Muradyan”a dəyişdirilib.
Qarabağın azad olunması uğrunda nizami əməliyyatlar getdiyi bir vaxtda İsfahan şəhrdarisi “erməni şəhidlərinin adlarının əbədiləşdirilməsi” barədə qərar verib. Onlar bu addımı İran-İraq savaşında ölən ermənilərin xatirələrinin əbədiləşdirilməsi üçün atdığını bildiriblər.
Ancaq bu addımın İran-İraq savaşından uzun illər keçdikdən sonra atılması haqlı suallar yaradır.

Related Articles

Bir cavab yazın

Back to top button