İran

Tehranda xüsusi bölmənin komanda qərargahına hücum olub

İyulun 26-ı gecə saatlarında Tehranda İran Polis Qüvvələrinin komanda qərargahına və xüsusi təyinatlı bölməsinə hücum edilib.

Qərargahda bir neçə ardıcıl partlayışın baş verdiyi bildirilir.

Bu son iki ayda Tehranda SEPAH və polis qüvvələrinin qərargahlarına edilən sayca beşinci hücumdur.

Hücumla bağlı İrana müxalif Xalq Mücahidləri Təşkilatı məlumat yayıb və bunu bir neçə gün öncə Şirazın Bidzərd bölgəsində ictimai yerdə edam edilən İman Səbzikarın qısası adlandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button