Azərbaycanİran

Tehranda yaşayan azərbaycanlı siyasi məhbus aclığa əl atıb

Tehranın “Evin” zindanında saxlanılan güneyli müəllim və ictimai fəal Zeynəb Həmrəng həbsxanada aclıq aksiyasına başlayıb. O, Azərbaycan Respublikasının vətəndaşı olan məhkuma qarşı qeyri-insani davranışlara etiraz edib.

Məlumata görə, güneyli müəllim sentyabrın 14-də Evin zindanında məhkumluq dövrünü yaşayan və Azərbaycan Rspublikasından olan bir xanım məhbusun döyülməsi və aşağılanmasına etiraz edib və iradları nəzərə alınmadığı üçün aclığa başlayıb. O, bildirib ki, məhbusların səsini zindandan kənara çatdırmaq üçün aksiyaya əl atıb.

Zeynəb Həmrəngin oğlu Ehsan Seyfinin insan haqları təşkilatlarına verdiyi məlumata görə, anası aclıq aksiyasına başladıqdan sonra Azərbaycan Respublikasından olan xanım məhkumla birlikdə basqılarla üzləşib və zindanın karantin bölməsinə köçürülüb.

Siyasi məhbusun oğlu anası və başqa məhkuma qarşı təzyiq göstərənlərin Qasimi, İsmaili və Fikri soyadlı həbsxana nəzarətçiləri olduğunu bildirib.

Xatırladaq ki, 50 yaşlı Zeynəb Həmrəng Ərdəbil əyalətinin Muğan bölgəsindəndir və həbs olunana qədər Tehran şəhərində yaşayıb.

Müəllimlərin həmkarlar ittifaqının fəal üzvlərdən biri olan Zeynəb Həmrəng təhsil işçilərinin hüquqlarının qorunması tələbi ilə etiraz aksiyalarına qatıldığı üçün tutulub.

Xanım Həmrəng 2020-ci il sentyabrın 5-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində səfəri zamanı təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.

Güneyli müəllim “ölkənin təhlükəsizliyinə qarşı aksiya toplaşmaq və əlbir olmaq” ittihamına görə 5 il, “hökumət əleyhinə təbliğat aparmaq” ittihamına görə isə 1 il həbs cəzasına məhkum edilib.

https://bit.ly/3r9Jhxr

 

Related Articles

Bir cavab yazın

Back to top button