İran

BURSA ÇƏKİLƏN PULLAR KİMƏ MƏNFƏƏT GƏTİRƏCƏK?

İran dövləti millətin pulunu Burs-a çəkməyə çalışır

Neçə gündür ki İran-da hamı Burs-dan və yuxarı mənfəətlərindən danışır. Hətta ömrü boyu Burs və bu kimi ticarətlərdən xəbərsiz olanlar bu məsələ ilə bağlı baş sındırmağa çalışır. Bütün dünya Korona virus böhranı üzündən rukudda ikən, İran-da nə dəyişib?

Əhmədinejad dönəmindən “Ədalət Səhamı” adlandırılan səhamların keçən həftə Əli Xamneyi-nin izniylə millətə təslim ediləcəyi bildirildi. Sözdə az gəlirli insanlarla, zənginlərin arasındakı fərqi azaldıb ictimayi ədalət sağlayacaq olan bu hissələrin satılabiləcəyi deyildi. Hələlik dəqiq qiymət elan olunmasa da millət arasında bu səhamların neçə milyon tümənə satılacağı danışılır. Təbi ki, keçinmək gücündə olan insanlar bu səhmi satacaq. Daha çox pulu olanlar isə mənfəət qazanmaq üçün bu səhamları alacaq.
Axır nəticədə ortada bir həqiqi mal və pul yoxdu. Ancaq millət əlində ovcunda olanları , səhamlardan almaq üçün Burs-a tərəf gedəcək.
Habelə dövlət bir çox şirkət və karxanaya Burs yoluyla satacağını bildirib. Ancaq maraqlı burasındadır ki, bu səhamlar və karxanalar həqiqi qiymətindən çox baha satışa çıxardılıb. İşin əslindən xəbərsiz olan millət burs bazarına hücum eləyib. İndilik son 1-2 həftəyə baxıldığı zaman ilk başda səhamlərin dəyəri bu qısa zaman içində iki qat olub. İran dövlətinin ciddi mənada əlinin boşa çıxması heç kimə gizli deyil. Nəft təhrimi, qiymətinin tarixi olaraq yenməsi və Korona virus böhranı İran xəzanəsini daraldıb. Habelə iqtisadi və idari sistemdəki fəsad ölkə içindəki mənbələrin əriməsinə səbəb olubdur. Bunun yanında hakimiyyət maaşları ödəmək və yaranələri vermək üçün ciddi mənada zorlanır. Habelə ev kimi bazarların rakid olması toplumda nəqd pulun çoxalmasına səbəb olub. İran-da olan təvərrum və milli pulun dəyərinin itirməsi nəzərə alınarsa ,satılan səhamların həqiqi dəyərindən bəzən daha baha satılması qısa zamanda bir iqtisadi faciənin olacağından xəbər verir. Bu arada normal iqtisaddan umudunu kəsən minlərlə ailə qazanmaq umuduyla Burs-a getdiyi zaman bu məsələyə diqqət etməlidir. Bütün dünya rukuddadır və İran-da tolid tam mənada dayanıb. Necə ola bilər ki, bu qədər satılan karxanaların dəyəri çoxalsın və mənfəət versin?!

Related Articles

Bir cavab yazın

Back to top button