İran

Tehranın neft emalı zavodunun işçiləri tətilə başlayıblar

Tehranın “Tondquyan” adına neft emalı zavodunun fəhlə və işçiləri yanvarın 26-da işi dayandıraraq tətilə başlayıblar.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, müqavilə əsasında işləyən və məişət şəraitinin ağırlaşmasından gileylənən yüzlərlə fəhlə zavod qarşısında toplaşaraq dinc etiraz aksiyası keçiriblər.

İş şəraitinin yaxşılaşdırılmasını və maaşlarının artırılmasını tələb edən fəhlələr təlbləri yerinə yetirilməyincə işə qayıtmayacaqlarını bildiriblər.

Ökumət qüvvələrinin fəhlələrin dinc etiraz aksiyasına müdaxilə edib-etməyəcəyi barədə hər hansı bir məlumat yayılmayıb.

Qeyd edək ki, son həftələrdə İranın 100-dən çox şəhərində iqtisadi durumun ağırlığından gileylənən və ailələrini dolandırmaqda çətinlik çəkdiklərini bildirən yüz minlərlə təqaüdçü, müəllim və hökumət işçiləri dinc eiraz aksiyaları keçirərək ölkənin indiki ağır iqtisadi durumuna və hökumətin az təminatlı ailələrin acınacaqlı vəziyyətinə biganə qalmasına etiraz bildiriblər.

اعتصاب در پالایشگاه تندگویان تهران + فیلم - ایران کارگر

اعتصاب صدها کارگر پیمان‌کاری پالایشگاه تندگویان تهران در اعتراض به عدم  دریافت حقوق قانونی‌شان

صدها تن از کارگران پالایشگاه تندگویان تهران اعتصاب کردند – رسانه خبری پیامِ  ایرانی

Related Articles

Bir cavab yazın

Back to top button