Azərbaycanİran

Tehranın polis rəisindən Azərbaycan səfirliyinə silahlı hücumla bağlı absurd açıqlama

Tehranın polis rəisi Azərbaycan səfirliyinə silahlı hücum barədə açıqlama verib.

“Mehr” agentliyinin məlumatına görə, Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi Azərbaycan səfirliyinə silahlı hücum edən şəxsin həbs olunduğunu deyib.

“Bu gün səhər saatlarında Azərbaycan səfirliyinə daxil olan şəxs odlu silahdan atəş açıb, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.

Hücum edən şəxs dərhal həbs edilib və istintaq davam edir.

Hücum edən şəxs səfirliyə iki azyaşlı övladı ilə gedib.

Təcavüzkar ilkin istintaqda motivin şəxsi və ailə problemləri olduğunu bildirib”, – deyə polis rəisi absurd açıqlama verib. (azpost.info)

Related Articles

Bir cavab yazın

Back to top button