Dünya

Texasda fövqəladə vəziyyət elan olundu

Amerikanın Teqzas əyalətində “Hanna” qasırğası səbəbindən iztirari vəziyyət rejimi tətbiq edilib.Bu barədə əyalətin Fərmandarı Qreq Ebbottun saytında dərc olunan açıqlamada deyilir.Məlumata görə, Teqzasın sahil bölgələrində qasırğa, leysan yağışlar və daşqınlar gözlənilir. Yerli əhalinin həyatı üçün təhlükənin olduğu bildirilir.İztirari vəziyyət rejimi əyalətin sahilyanı olan 254 dairədən 32-də tətbiq olunub. Bu tədbir yerli hakimiyyət orqanlarına bəzi əlavə sandıqlar əldə etmək və fəlakətdən sonra daha çox mənbələrdən istifadə etmək imkanı verir. Bu, xüsusilə Amerika Milli Qardının xilasetmə işlərinə çağrılmasına mümkün edir.Bölgədəki enerji təchizatı üçün cavabdeh olan “American Electric Power” şirkətinin saytının verdiyi məlumata görə, hazırda təxminən 60 000 nəfər istehlakçı elektrik enerjisindən məhrum olub. Vəziyyət Teqzas əyalətinin koronavirus infeksiyonunun sürətlə yayıldığı əyalətlər sırasında olması ilə daha da çətinləşib.

Related Articles

Bir cavab yazın

Back to top button