Dünyaİran

Fələstini dəstəkləyən pornoulduz Tehrana səfər edəcək

İranın “Ensaf News” saytı xəbər verib ki, bəzi sosial media istifadəçiləri amerikalı pornoulduz Uitni Raytın fotolarını paylaşaraq onun Tehrana səfər edəcəyini bildiriblər.

Məlumata görə, o, öz İnstagram hesabında bu yaxınlarda Misirə səfər etdiyini açıqlayıb. Daha sonra isə sosial media hesabında hekayə paylaşaraq izləyicilərindən Tehranın ən yaxşı yeməkləri və görməli yerləri ilə onu tanış etmələrini istəyib.

Qeyd olunub ki, İranda hökumət rəsmiləri pornoulduzun İrana səfərinə münasibət bildirməyiblər.

Related Articles

Bir cavab yazın

Back to top button