Azərbaycan

Milli fəal Seyid Rza Seyid Nuri bəraət alıb

Güney Azərbaycanlı siyasi fəal Seyid Rza Seyid Nuriyə yeni cinayət ittihamından bəraət verilib.

Güney Azərbaycanlı siyasi fəal Seyid Rza Seyid Nuriyə yeni cinayət ittihamından bəraət verilib.

 

Bununla bağlı Parsabad (Muğan) şəhərinin ümumi və inqilab istintaq idarəsinin 1-ci şöbəsi tərəfindən Seyid Rza Seyid Nuriyə bildiriş göndərilib.

 

Bildirişdə onun barəsində irəli sürülən “sistemə qarşı təbliğat” ittihamının sübut edilməsi üçün yetərli faktların mövcud olmadığı bildirilir. Həmçinin ittihamın ləğv olunduğu qeyd olunur.

 

Rza Seyid Nuri 2020-ci il 18 oktyabr tarixində İranın Ermənistana silah və texnika göndərməsi əleyhinə keçirilən aksiyada iştirak etdiyi üçün həbs olunub. Qeyd edək ki, aksiyada Nurduz gömrüyünün bağlanması tələb edilirdi.

 

O, bir gün sonra 70 milyon tümən vəsiqə qarşılığında məhkəmə işinin yekunlaşmasına qədər müvəqqəti azadlığa buraxılıb.

Related Articles

Bir cavab yazın

Back to top button