Dünya

“Taliban”la İran arasında gərginli şiddətlənib-İranın Heratdakı konsolluğu yandırıldı

Onlar İranda yaşayan əfqanistanlı qaçqınlara qarşı qəddarlıqlara etiraz edirlər.

İranda əfqan qaçqınların təqib edilməsinə dair bir neçə videonun yayılmasından sonra Taliban hökuməti ilə İran arasında gərginlik şiddətlənib.

Taliban başçılarından bir neçəsi sosial mediada video yayaraq İranı “intihar əməliyyatları” ilə təhdid edib, Tehran hökumətinin əfqanlara qarşı qəddar və ədalətsiz hərəkətlərinin cavabsız qalmayacağını söyləyiblər.

“Yayılan videolarda İran məmurları və iranlıların əfqanistanlılara qarşı irqçı və ədalətsiz hərəkətlərini görürük. İndiki əsrdə belə cahil hərəkətlərə görə təəssüflənir, bunun cavabsız qalmayacağını bildiririk. Həmdə tacik və fars dilli əfqanistanlara bildiririk ki. Siz iranlıları özünüzə yaxın bilmənizə baxmayaraq. Onlar sizə qarşı başqalarının, kafirlərin etmədiklərini edirlər. Allahın köməyi ilə Taliban tezliklə sizin intiqamınızı alacaq. İranda hakim olan cahil və ədalətsiz quruluş dağılacaq”-deyə, Taliban komandirlərinin yaydıqları videolarda bildirilir.

Onlar, daha sonra Taliban qüvvələrinə əmr edir ki, özlərini İran sərhədinə çatdırsınlar və göstəriş verilən kimi İranda əməliyyatlar keçirməyə başlasınlar.

Bununla yanaşı İran məmurları və bir sıra iranlı irqçıların əfqan qaçqınlarına qarşı təhqiramiz hərəkətləri, işgəncələrinə qarşı Əfqanistanın Herat şəhərində etiraz aksiyası keçirilib.

İranın bu şəhərdəki konsulluğu qarşısında keçirilən aksiya zamanı İran hökumətinə, hökumət başçılarına qarşı şüarlar səsləndirilib, konsulluğun pəncərələri sındırılıb və giriş qapısı yandırılıb.

Eyni halda əfqanistanlılar aprelin 11-də İranın Kabildəki səfirliyinin qarşısında mitinq keçirib, İran hökuməti əleyhinə şüarlar səsləndirib və bu ölkənin bayrağı və İbrahim Rəisinin fotolarını yandırıblar.

 

Related Articles

Bir cavab yazın

Back to top button