İran

Himməti koronavirusla bağlı görülən işlərdən danışıb

“İran 16,8 milyon doz koronavirus vaksini almaq üçün pul köçürmələri edib. Həvalələr OFAK-ın mücəvvizi ilə Türkiyə, Avropadakı üç bank və İran bankının bir şöbəsi vasitəsilə gerçəkləşdirilib”. Bu fikirləri İranın Mərkəzi Bankının baş rəisi Əbdül Nasir Himməti səsləndirib. O, bildirib ki, koronavirus vaskini almaq üçün İranın Güney Korədə blok olunmuş pullarından istifadə edilməsi nəzərdə tutulub. Amma Güney Korə məsələ ilə bağlı həmkarlıq etməyib. İranın pulun köçürülməsi gedişatı üzrə öhdəlik götürməsi istənilib. “180 milyon yuronu Amerikanın JP Moqrqan Bankının vasitəsilə köçürməli idik. Buna görə də razılaşmadıq. Çünki həmin vəsait dolara çevrilərək Avropada Suis bankına köçürülməli idi. Amerika bankları həmişəki kimi pulu blok edəcəkdilər. Türkiyənin bir bankı vaksin üçün lazım olan vəsaitin həvaləsi ilə bağlı İrana yardım edib”,-deyə Himməti qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button