AzərbaycanDünya

“The Wall Street journal” Qarabağla bağlı məqalə dərc edib

Amerikanın “The Wall Street Journal” nəşri Ermənistanın Dağlıq Qarabağı işğalı nəticəsində öz yurdlarından didərgin düşmüş insanlardan, habelə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi uğrunda apardığı 44 günlük mübarizədən bəhs edən məqalə dərc edib.
Ann Simmonsun müəllifi olduğu məqalədə ərazilərin viran qoyulması məsələsinə də toxunulub. Qeyd edilib ki, Ermənistan silahlı birləşmələrinin Dağlıq Qarabağ və ətraf ərazilərə təcavüz edərək minlərlə azərbaycanlını ev-eşiklərindən didərgin salmasından təxminən 30 il keçir. Ötən ilin payızında Azərbaycanın öz ərazilərini azad etməsindən sonra insanlar öz dədə-baba yurdlarına qayıdacaqlarını ümidlə gözləyirlər. Məqalədə Azərbaycan parlımanının İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin başqanı Tahir Mirkişilinin sözlərinə istinadən qeyd edilib: “Azad olunmuş ərazilərdə 150 mindən çox ev, 9 mindən çox inzibati bina, 7 yüzdən çox mədrəsə binası dağıdılıb. Ərazilərdə hələ də çoxlu sayda minlər və partlamamış mühümmatlar qalmaqdadır. Dəmir yolu və hava limanı dağıdılıb, yol altquruluşu yararsız hala salınıb ki, bu da ərazilərin ehya işlərinə əngəl yaradır”.

Related Articles

Bir cavab yazın

Back to top button