Cəmiyyət

Ermənistan məhkəməsi Paşinyana qarşı çıxdı: Qaqik Tsarukyan və digərləri azadlıqda

Məhkəmə “Çiçəklənən Ermənistan” müxalifət partiyasının sədri Qaqik Tsarukyanın əvvəllər qanunsuz mitinqlərin təşkili iddiasında tutulan həbsinin ləğv edildiyini bildirib.

Bu barədə müxalifətçinin vəkili Yerem Sarkisyan məlumat verib.

“Məhkəmə Tsarukyanın həbsini qanunsuz hesab etdi”, – Sarkisyan Facebook əshifəsində yazıb.

 

Yerevandakı etirazlar 10 noyabr gecəsi Baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağdakı müharibəni dayandırmaq üçün Azərbaycan və Rusiya ilə müqavilə imzalamasından sonra başlayıb.

12 noyabr Ermənistan Xüsusi İstintaq Xidməti etiraz aksiyaları ilə əlaqədar 10 müxalifət liderinin tutulduğunu elan edib. Daha sonra məhkəmə onlardan bəzilərinin – “Daşnaktsutyun” partiyasının nümayəndələri İşxan Saqatelyan və Qeqam Manukyan, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan və Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanovun həbsini ləğv edib.

Related Articles

Bir cavab yazın

Back to top button