İdmanİran

“Traktor” və “Qol qohər”in görüşü qarşıdurma ilə sonlanıb

Janviyənin 23-də Təbrizin “Traxtur” timi ilə Kirmanın Şircan şəhərinin “Qol Qohər” timininin görüşü keçirilib. Oyun İran bərtər Liqinin 12-ci həftəsində “Sircan” şəhərində baş tutub. Baş tutan qarşılaşmada 44-cü dəqiqədə Hac Səfi, 76-cı dəqiqədə isə Abbaszadənin vurduğu qollarla “Traxtur” qələbə qazanıb. “Qol Qohər” isə 64-cü dəqiqədə topu rəqib timin qapısından keçirə bilib. 3 imtiyaz qazanan “Traxtur” Futbol timi toplam 19 imtiyazla cədvəldə 4-cü yerdə qərarlaşıb. Timlərin görüşü sonda qarşıdurmaya çevrilib. Hadisə nəticəsində hər iki tərəfdən bir neçə oyunçunun xəsarət aldığı bildirilir. “Traxtur” timinin qapıçısı qarşıdurmanı sonlandırmaq istəsə də, xəsarət alıb. Burnu sınan qapıçı müalicə üçün mərizxanaya yerləşdirilib.

Related Articles

Bir cavab yazın

Back to top button