DünyaİranSiyasət

Tramp: ABŞ İran rejimini dəyişdirmək məqsədi güdmür

Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşdən sonra ABŞ prezidenti ölkəsinin İran rejimini dəyişdirmək məqsədi güdmədiyini bəyan edib.

Aznews.tv-nin The Hill dərgisinə istinadən verdiyi məlumata əsasən, Tramp İrandan “bizim nüvə silahımız yoxdur” sözlərini eşitmək istədiyini bildirib.

“Mən İrana xətər yetirmək niyyətində deyiləm. Düşünürəm ki, biz razılıq əldə edəcəyik. Mənim fikrimcə, İranın nəhəng iqtisadi potensialı var. Və mən səbirsizliklə onların bu potensialı nümayiş etdirə biləcəyi mərhələrə qayıtmağı gözləyirəm”, – deyə Tramp qeyd edib.

Donald Tramp iranlıların böyük xalq olduğunu vurğulayıb.

“Elə hazırkı rəhbərliklə birgə möhtəşəm ölkə olmaq şansına sahibdirlər. Biz İran rejimini dəyişmək məqsədi güdmürük. Bir şeyə aydınlıq gətirmək istəyirəm. Biz sadəcə nüvə silahının olmamasını istəyirik”, – deyə ABŞ prezidenti əlavə edib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button