Dünya

ABŞ-ın Sudandakı səfirliyinin avtomobili atəşə tutulub

Sudanda ordu ilə xüsusi təyinatlılar arasında silahlı toqquşmalar davam edir.

Bu dəqiqələrdə ABŞ-nin Sudandakı səfirliyinin zirehli maşını atəşə tutulub.

Bildirilib ki, səfirliyin zirehli maşını xüsusi təyinatlılar tərəfindən qəsdən atəşə tutulub.

İlkin məlumatana görə, səfirlik əməkdaşlarından xəsarət alan olmayıb.

Qeyd edək ki, aprelin 15-də ordu bölmələri ilə çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlıların) bölmələri arasında başlayan silahlı toqquşmalarda indiyədək 180-dən çox insan həlak olub, 1800-dən çox insan yaralanıb.

Related Articles

Bir cavab yazın

Back to top button