DünyaİranSiyasət

Tramp: İran Hörmüz boğazını uzun müddət bağlaya bilməyəcək

ABŞ prezidenti Donald Tramp İranın Hörmüz boğazını uzun müddət ərzində bağlaya bilməyəcəyini deyib.

Aznews.tv-nin verdiyi məlumata əsasən, İran dəfələrlə Fars və Oman körfəzlərini birləşdirən Hörmüz boğazını bağlayacağının mümkünlüyü haqda bəyan edib.

Rəsmi Tehran bunu ABŞ-ın İran neftinin ixracına mane olmağa cəhd etməsinə bağlayır.

Tramp isə Fox News-a müsahibəsində, İran Hörmüz boğazını bağlasa da, bunun uzun müddət sürməyəcəyini qeyd edib.

“Onlar boğazı bağlamayacaqlar. Bağlasalar da, bu uzun müddət çəkməyəcək. Və onlar bunu yaxşı bilirlər”, – deyə D.Tramp əlavə edib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button