
İyulun 10-da Təbrizdə milli-mədəni fəallar və çevrəçilər divarlara şüarlar yazıb, qrafitlər çəkərək Urmu gölünün acınacaqlı durumuna görə İran hökumətinə etiraz edib və hökumətin ekoloji fəlakətə qarşı laqeydliyini tənqid ediblər.
“Bu qan yerdə qalmayacaq”, “Urmu gölü can verir, İran onun qətlinə fərman verir” və başqa bu kimi şüarlar yazan fəallar Tehran hökumətinə ekoloji problemlə bağlı məsuliyyətsizliyini ağır nəticələri barədə xəbərdarlıq ediblər.
Son günlər Güney Azərbaycanda davamlı olaraq hökumətin qurumaqda olan Urmu gölünə laqeyd münasibətinə etiraz aksiyaları keçirilir.
İran və yerli Ətraf Mühitin Mühafizəsi İdarəsi son həftələr Urmu gölündə su həcminin kəskin azalması, gölün sahəsinin kiçilməsi səbəbindən bu barədə statistika verməyi dayandırıblar.