Dünya

Portuqaliya Ukraynaya 14 zirehli transportyor verəcək

Portuqaliya Ukraynaya zirehli transportyorlar, döyüş sursatları, elektrik generatorları və tibbi avadanlıqlar verməyə, habelə Ukrayna Silahlı Qüvvələrinin Avropada təlimi üçün öz hərbi personalını ayırmağa hazırdır.

Bu barədə Portuqaliya Milli Müdafiə Nazirliyi rəsmi saytında müvafiq məlumat yayıb.

Sənəddə bildirilir ki, Portuqaliya Ukraynaya ikinci partiyanı – 14 ədəd M113 zirehli transportyoru, 8 generator, 120 mm-lik döyüş sursatları və 2 ton tibbi avadanlıq göndərəcək. (apa)

Related Articles

Bir cavab yazın

Back to top button