Dünyaİran

İsrail İranın dəstəklədiyi “İslami-cihad”ın daha bir liderini məhv etdi

İsrail hərbçiləri İranın dəstəklədiyi “İslami-cihad” silahlı qruplaşmasının raket qüvvələrinin rəhbəri Əbu Dekanı və onun müavinini məhv edib.

Bu barədə “Reuters” xəbər verib.

Zərərsizləşdirmə əməliyyatı Qəzza zolağından atılan raketlərin israilli mülki şəxsi öldürməsindən sonra həyata keçirilib.

Bu, son üç gündə “İslami-cihadın” yüksək rütbəli beşinci şəxsinin ölümüdür.

Qeyd edək ki, mayın 9-da səhər saatlarında İsrail hərbi əməliyyata başlamaqla “İslami-cihad”ın üç komandirini öldürüb.

Buna cavab olaraq Qəzza zolağından İsrail şəhərlərinə yüzlərlə raket atılıb.

Related Articles

Bir cavab yazın

Back to top button