Dünya

Rüstəm Muradov Luqansk və Donetskdə əməliyyatlara rəhbərlik edir

Qarabağdakı Rusiya sülhməramlıları kontingentinin keçmiş komandiri, general Rüstəm Muradovun Ukraynaya qarşı müharibədə əsas rol oynayan yüksək çinli hərbçilərdən biri olduğu bildirilir.

Ermənistanın “Hraparak” qəzetinin məlumatına görə, Rusiya Silahlı Qüvvələri Cənub Hərbi Dairəsinin komandir müavini Rüstəm Muradov Ukraynanın işğal edilmiş Luqansk və Donetsk bölgələrində Kremlin hərbi əməliyyatlarına rəhbərlik edir.

“Məhz buna görə də Muradov Rusiyanın bir sıra yüksək rütbəli məmurları, o cümlədən hərbçilər, iş adamları və jurnalistlərlə birlikdə Avropa İttifaqı tərəfindən sanksiyaya məruz qalıb, “qara siyahı”ya salınıb”, – deyə qəzet yazıb. (modern.az)

Related Articles

Bir cavab yazın

Back to top button