İran

Ceyms Cefri: “Əsəd reimi Rusiya və İranın dəstəyi ilə Suriya münaqişəsini uzadır”

“Bəşar Əsəd rejimi Rusiya və İranın dəstəyi ilə Suriya münaqişəsini uzatmağa davam edir. Suriya xalqına qarşı amansız savaş aparır”. Bunu Amerikanın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib.
O, Birləşmiş Millətlər Təşkilatının Əmniyət Şurasının 2554 saylı qətnaməsinin beşinci ildönümü münasibətilə bildirib: “Suriya rejiminin hərəkətləri meydanda irəliləmənin qarşısını alır. Bütün suriyalıların əzablarını dərinləşdirir eləcə də qətnaməni tam yerinə yetirilməsinin qarşısını alır. Suriya, Rusiya rejimləri Birləşmiş Millətlər Təşkilatının Baş dəbirihabelə xüsusi elçisinin ölkə boyu atəşkəsin bərqərar edilməsinə görə müraciətinə cavab verməkdən boyun qaçırırlar. Suriya rejimi insani yardımların çatdırılmasını əngəlləməyə, Ana Yasa Komitəsinin işinə mane olmağa, Suriya xalqının gələn il Birləşmiş Millətlər Təşkilatının nəzarəti altında keçiriləcək seçkilərlə bağlı ümidlərini məhv etməyə çalışır”.
Cefrinin sözlərinə görə, İranın ilk amacı Bəşar Əsədi hakimiyyətdə saxlamaq olub.

Related Articles

Bir cavab yazın

Back to top button