Desambrın 12-də Amerikanın paytaxtı Vaşinqtonda aksiya keçirilib. Prezident Donald Trampın tərəfdarlarının keçirdiyi aksiyada polislər müdaxilə edib. Nəticədə 2-si polis olmaqla, 8 nəfər xəsarət alıb. Bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Polis 23 aksiya iştirakçısını saxlayıb, onlardan 6-sı polisə hücumda günahlandırılır.
Qeyd edək ki, Donald Trampın tərəfdarları öz namizədlərinin yenidən prezident seçilməsini istəyiblər. Onlar hesab edirlər ki, seçkilərin nəticələri Co Bayden tərəfindən oğurlanıb.